“Kocaelispor” səfərdə “Alanyaspor”u məğlub etdi

23.10.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasının doqquzuncu turunun açılış matçında “Kocaelispor” səfərdə “Alanyaspor”u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların qollarını 27-ci dəqiqədə Berkan Kutlu və 42-ci dəqiqədə Makana Baku vurublar.

Meydan sahibləri 52-ci dəqiqədə fərqi minimuma endiriblər. Ruanın qolu “Alanyaspor”u məğlubiyyətdən xilas etməyib.

Bu nəticə ilə iki oyunluq qələbəsiz seriyasına son qoyan Selçuk İnanın komandası xallarının sayını 15-ə çatdırıb və bir oyun artıq keçirməklə altıncı pilləyə yüksəlib.

Joao Pereyranın rəhbərlik etdiyi “Alanyaspor” isə ardıcıl üçüncü matçında qələbə qazana bilməyib. Komanda 12 xalla doqquzuncu sırada qərarlaşıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью