Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yerli medianın yaydığı məlumata görə, buna səbəb vəkillərdən birinin məhkəmə iclasına qatılmaması olub.
Qeyd edilib ki, baş nazirin keçmiş müavini Armen Gevorkyanın vəkili Lusine Saakyan dekabrın 13-də keçirilən iclasda iştirak etməyib.
Ohanyan və Xaçaturov "alçaq, cinayətkar!" şüarları ilə qarşılandı - VİDEO "Səhər saatlarında o, səhhətinə görə iclasa gələ bilməyəcəyi ilə bağlı məhkəməyə xəbərdarlıq edib və iclasın təxirə salınması barədə vəsatət verib.
Hakim Sarkis Petrosyan bir müddətli müzakirələrdən sonra iclasın təxirə salınmasına qərar verib.
Tarix müntəzəm müzakirələrdən sonra müəyyən ediləcək", - "Sputnik Armeniya" yazıb.
Bundan əvvəl Ermənistanın eks-prezidenti Robert Koçaryan jurnalistlərə açıqlamasında ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu iddia etmişdi.
Məhkəmə iclasları isə dəfələrlə müxtəlif səbəblərdən təxirə salınıb.