Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Qafqazda sülhün real siyasi gündəmə çevrildiyi bir dövrdə Ermənistanda revanşist ritorikanın yenidən baş qaldırması ciddi narahatlıq doğurur.
Xüsusilə sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi siyasi qruplar regionda sabitliyə və sülh təşəbbüslərinə qarşı ənənəvi “təhlükəsizlik qorxusu” ritorikasını dirçəldirlər.
Bu iki siyasətçinin əsas məqsədi – öz siyasi keçmişlərinin məsuliyyətindən yayınmaq və məğlubiyyət sindromu üzərindən yeni legitimlik qazanmaqdır.
Ekspertlərin fikrincə, onlar gərginlikdən siyasi qazanc əldə etməyə çalışırlar.
Revanşist illüziyalar və sabitliyə təhdid “Koçaryan və Sarkisyan üçün münaqişə yalnız ideoloji deyil, həm də siyasi dirçəliş vasitəsidir,” – region üzrə analitik Vardanyan bildirir.
Müharibədən sonra yaranan yeni reallıqlar, xüsusilə də Azərbaycanın təşəbbüsü ilə formalaşan regional əməkdaşlıq modelləri onların siyasi təsir dairəsini daraldıb.
Bu səbəbdən də, onlar cəmiyyətdə “qisas” hissini diri saxlamağa çalışaraq sabitlik və əməkdaşlıq cəhdlərinə kölgə salırlar.