Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan İrəvanın birinci instansiya məhkəməsində eks-prezident Robert Köçəryana qarşı keçirilən prosesdə qələbə qazanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Robert Köçəryan Alen Simonyanın onun ləyaqətini və işgüzar nüfuzunu ləkələdiyini iddia edərək onu məhkəməyə vermişdi.
Məhkəmə spikerin çıxışında hər hansı bir təhqir və ya böhtan elementinin olmadığına qərar verib.