GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda “Eçmiədzin” iniqamətgahına basqın etmək üçün insanları küçələrə səfərbət etmək gücünə malik deyil.
Eyni zamanda onun bu addımı atmaq üçün resursları da kifayət etmir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə deyib.
“Paşinyan küçə səfərbərliyi üçün resurslara malik deyil. Amma bu, onun seçicilərinin olmadığı anlamına gəlmir.
Ona müəyyən faiz səs verəcək insanlar var. Lakin o, həmin insanları küçələrə çıxarmaqda, patriarxın iqamətgahına basqın etməyə yönəltməkdə a
Onun belə imkanları yoxdur, əks halda KQB metodlarından istifadə edərək kilsəyə qarşı hücuma keçərdi”, – Köçəryan deyib.
Onun sözlərinə görə, Kilsə erməni xalqının milli kimliyində xüsusi yer tutur.