Köçəryan: 44 günlük müharibənin əsas səbəbi budur

14.05.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə Baş nazir Nikol Paşinyan səbəb olub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Köçəryan Paşinyanı hakimiyyətinin əvvəlində Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini pozmaqda ittiham edib.

“2018-2020-ci illərdə danışıqlar prosesini pozmaq üçün əlindən gələni etdi. Əslində danışıqlardan imtina etdi. “Qarabağ Ermənistandır və nöqtə” deyəndə, danışıqlar prosesi məhv oldu. Bu, müharibənin başlamasının əsas səbəblərindən biri idi”, - Köçəryan bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью