Icma.az, Azpost portalına istinadən məlumat verir.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan ölkəni üç günlük tərk edir.
Azpost.info-nun məlumatına görə, Robert Köçəryanın ofisindən verilən açıqlamada bildirilib ki, səfər şəxsi xarakter daşıyır: “Səfər çoxdan planlaşdırılmışdı və sıx seçki qrafiki səbəbindən təxirə salınıb”.
“Prezidentin əvvəlki çoxsaylı səfərləri şəxsi xarakter daşıdığı üçün əvvəlcədən heç vaxt məlumat verməmişik. Lakin hakimiyyətin müxalifət nümayəndələrinin səfərləri ilə bağlı son yalanlarını nəzərə alaraq, ictimaiyyəti hökumətin gözlənilən yalanlarından qorumağı zəruri hesab edirik”-deyə açıqlamada vurğulanır.
Paylaş