Köçəryan hakimə Qorxaq dan sitatla cavab verib

22.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan məhkəmə prosesi zamanı sovet komediya filmindən məşhur ifadə səsləndirib.

"Cebheinfo.az" xəbər verir ki, Koçaryan 1 mart hadisələri ilə bağlı iş üzrə məhkəmə iclasında hakimin xəbərdarlığına kinayəli şəkildə reaksiya verib.

Belə ki, hakim Köçəryanın vəkilinin yarım saat ərzində məhkəmə zalına qayıtmadığı təqdirdə onun prosesdən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib. Buna cavab olaraq sabiq prezident məşhur sovet komediya filmindən sitat gətirib: “Yaşasın bizim məhkəmə, dünyanın ən humanist məhkəməsi!”

Qeyd edək ki, bu məşhur ifadə rejissor Leonid Qaydayın 1966-cı ildə çəkdiyi “Qafqaz əsiri” filmində Georgi Vitsin tərəfindən canlandırılan Qorxaq (Trus) obrazına məxsusdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью