Köçəryan İrəvandan qaçmaq istədi imkan verilmədi

14.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Zvartnots hava limanındakı hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Ermənistan Respublikası ərazisini tərk etməsinə icazə verməyiblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanın ofisi prezidentin Ermənistanı üç günlük səfərlə tərk etdiyini açıqlamışdı. Bildirilirdi ki, səfər şəxsi xarakter daşıyır, uzun müddətdir planlaşdırılırdı və seçkiqabağı iş qrafikinin gərgin olması səbəbindən təxirə salınmışdı.

Qeyd edək ki, seçki gününün səhəri (8 iyunda) Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan da İrəvandan getmək istəmişdi, lakin Zvartnots hava limanından geri qaytarılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью