Köçəryan Kremlin adamı olduğunu açıq etiraf etdi: “İki əllə dəstəkləyərəm”

29.01.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın TRIPP layihəsində iştirak etməyəcəyinə əmindir. 

“Cebheinfo.az” xəbər verir ki, o, bunu 29 yanvarda keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının MDB üzrə Komitəsinin sədr müavini Konstantin Zatulinin Rusiyanın layihədə iştirakı ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

"Kim dedi ki, Rusiya TRIPP layihəsində iştirak edəcək? Əksinə, ABŞ İranla yaxşı münasibətləri olan heç bir ölkənin bu layihədə iştirak etməməsi üçün əlindən gələni edəcək. Şəxsən məndə belə bir təəssürat var və məhz bu səbəbdən bu layihənin əsl məqsədlərinə şübhə edirəm", - deyə Köçəryan bildirib.

İkinci prezident deyib ki, Rusiya və ya Çin TRIPP layihəsinə qoşularsa, o da layihəni  "hər iki əllə" alqışlayacaq: 

“Bu, İranın layihə ilə bağlı narahatlığını aradan qaldıracaq, lakin bu gün belə bir şey baş vermir. Mən bu ehtimalı görmürəm. Konstantin Zatulinin niyə bu açıqlamanı verdiyini bilmirəm, şəxsən heç bir məlumatım yoxdur. Ermənistanın Rusiyanı bu layihəyə hər hansı bir şəkildə cəlb etməyə çalışdığına inanmaq üçün heç bir səbəb görmürəm", - deyə o bildirib.

Xatırladaq ki, Konstantin Zatulin Ermənistanın Baş naziri Nikol Paşinyanın tənqidləri öz üzərindən yayındırmaq və "günahı Moskvanın üzərinə yıxmaq" üçün Rusiyanı TRIPP layihəsinə cəlb etməyə çalışdığını bildirmişdi.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью