Köçəryan məhkəməyə zorla gətiriləcək

15.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Ermənistanda bu gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Sarkis Petrosyan eks-prezident Robert Köçəryanın, keçmiş müdafiə naziri və deputat Seyran Ohanyanın, eləcə də Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovun növbəti məhkəməyə məcburi gətirilməsinə göstəriş verib.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Köçəryanın vəkili Aram Orbelyan qərara etiraz edib.

Orbelyan bildirib ki, müvəkkilinin zorla məhkəməyə gətirilməsi üçün heç bir əsas yoxdur.

“Kiminsə həbs qərarı açıq-aydın qanunsuzdur, əgər müəyyən əsaslar varsa, insanın azadlığı məhdudlaşdırıla bilər”, – deyə Orbelyan qeyd edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью