Köçəryan milyardları belə toplayıb Paşinyan açıqladı

27.08.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu N.Paşinyan avqustun 27-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"İndi heç kim sual vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: "Biz bizneslə məşğul olmuşuq". Kimi aldadırlar? Yəni onlar belə uğurlu iş adamlarıdır, biz isə ümumiyyətlə heç kimdən heç nə müsadirə edə bilmərik? Bəs onların "Toyota İrəvan"da şəxsi payının olması - bu biznes fəaliyyətidir?! İrəvanın mərkəzində torpaqları qəsb edib onları alış qiymətindən 20-30 dəfə baha satmaq biznesdir?!", - Paşinyan deyib.

O, həmçinin qeyd edib ki, korrupsiya sxemlərinin ləğvi əhəmiyyətli məsələdir.

"Həm Robert Köçəryan, həm Serj Sarqsyan, həm də Qaqik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Qanunsuz yolla əldə edilənlər isə qəpiyinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməzsə, bu o deməkdir ki, yeni inqilab baş verməlidir", - Paşinyan vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью