Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“1999-cu il oktyabrın 27-dən sonra hakimiyyətdə qalan Robert Köçəryan Serj Sərkisyana minnətdar olmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu “Respublika” partiyasının rəhbəri Aram Sərkisyan deyib.
“O, hakimiyyəti Serjə verməli idi. Çünki Köçəryanın heç bir dəstəyi, partiyası yox idi. Xalq da onun tərəfində olmayıb. Əgər Serj Sərkisyan 2026-cı ildə namizədliyini irəli sürərsə, Robert Köçəryandan daha çox səs toplayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, 1999-cu il, 27 oktyabrda Ermənistan parlamentinə silahlı hücum olub. Hadisə nəticəsində 8 nəfər ölüb.
Əliyar Xəlil
Globalinfo.az