Köçəryan öz yerini oğluna verir

05.11.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda yalnız hökumət deyil, həm də müxalifət dairələri seçki təşviqatına  başlayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır. 

“Məsələn, Robert Köçəryanın komandasında hazırda ən aktual məsələ seçki siyahısına kimin başçılıq edəcəyi ilə bağlıdır. R. Köçəryan sonuncu mətbuat konfransında hər şeyin sosioloji məlumatlara görə kimin daha çox imkana, yəni ən yüksək reytinqə malik olmasından asılı olacağını desə də, bu suala yanvar-fevral aylarında cavab veriləcəyini bildirmişdi. 

Lakin məlum olub ki, tərəfdarları onu rahat buraxmır.Bəziləri hesab edir ki, ikinci prezident hazırda komandalarında ən yüksək reytinqə malik olsa da, estafeti bir neçə ildir siyasətdə və Milli Məclisin deputatı olan oğlu Levona ötürəcək. 

Bunu son aylar Levon Köçəryanın bölgələrdən gəlməməsi, daim insanlarla görüşməsi də kömək edir. Bu seçkilər ikinci prezidentin siyahının başında, oğlunun isə 50-ci yerdə olduğu əvvəlki ssenarini təkrarlaya bilməz.

Onlar başa düşürlər ki, 2021-ci ildəki göstəricilərə nail ola bilməyəcəklər. Bu halda, həm atanın, həm də oğulun adlarını ilk onluğa daxil etmək düzgün olmazdı”- “Hraparak” belə yazır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью