GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi partiya 2026-cı ildə parlament seçkilərində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş prezident İrəvanda keçirdiyi mətbuat konfransında açıqlayıb.
O, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyasına qarşı mübarizə aparacaqlarını bildirib:
“Seçkilərə qatılacağıq, lakin hansı formatda iştirak edəcəyimizi hələ qərarlaşdırmamışıq. Formatla bağlı müzakirə və qərarlar yanvar-fevral aylarında olacaq. Hələlik seçkiqabağı əhvali-ruhiyyədən danışmaq istəmirəm”.
Əliyar Xəlil
Globalinfo.az