Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan İranın TRIPP layihəsi ilə bağlı mövqeyini görməzdən gələ bilməz”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Ermənistan” blokundan olan parlament üzvü Levon Köçəryan 8 sentyabrda keçirilən mətbuat konfransında deyib.
Levon Köçəryan xatırladıb ki, təmsil etdiyi blok məsələnin həssaslığı barədə dəfələrlə xəbərdarlıq edib.
“İran, xüsusən də İranın ABŞ ilə gərgin münasibətlərini nəzərə alsaq, TRIPP layihəsi ilə bağlı narahat olmaya bilməz.
Bu xəbərin nə dərəcədə doğru olduğunu bilmirəm, amma məntiqi olaraq mümkündür. Zaman göstərəcək. İranın mövqeyini və onunla bağlı narahatlıq doğuran məqamları görməzdən gələ bilmərik”, - deyə Köçəryan vurğulayıb.
Xatırladaq ki, erməni mətbuatı İranın layihənin infrastrukturunun qorunması ilə bağlı ciddi şərtlər irəli sürdüyünü yazıb: “Tehran tələb edir ki, bu, ya Ermənistan qüvvələri, ya da artıq regionda mövcud olan üçüncü ölkə, yəni Rusiya olsun”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin