Köçəryan Paşinyanla debatdan niyə imtina etdiyini açıqladı: “Bir dəqiqədə nə qədər yalan danışa bilərəm ki…” KONKRET

17.02.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanın təklif etdiyi debatlarda iştirakdan niyə imtina etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Köçəryan bunu Paşinyanın növbəti manevri adlandırıb.

“Mən Ermənistanın İctimai Televiziyasında debatların mümkünlüyünü görürəm, burada hakim partiyadan olan deputatlar üçün ümumiyyətlə iştirak meyarı belə olacaq: “Bir dəqiqədə nə qədər yalan danışa bilərəm ki, rəqibin cavab verməyə vaxtı olmasın?”. Ancaq mən bu cür debatda iştirak etməyi mənasız sayıram. Mənim bir fikrim var və buna görə hamınızı bura topladım ki, onu açıq mətnlə səsləndirəsiniz”, – deyə Köçəryan vurğulayıb.

Müşviq tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью