Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Baş nazir Nikol Paşinyanın Robert Köçəryana qarşı aşağılıq kompleksi (fərdin özünü daim başqalarından yetərsiz, zəif və əskik hiss etməsi ilə xarakterizə olunan mürəkkəb bir psixoloji vəziyyətdir) var”.
“Cebheinfo.az”-ın məlumatına görə, eks-prezident Robert Köçəryanın oğlu, “Ermənistan” müxalifət blokundan deputat Levon Köçəryan belə deyib.
“Nikol Paşinyanın ailəmizdən və şəxsən Robert Köçəryandan kompleksi var. Görünür, bu, şəxsiyyət məsələsidir. Güclü insan adətən özü kimi insanlara hörmət edir. Zəif və qorxaq insan isə layiqli və cəsur insanlara hörmətsizlik edir və hər kəsin onun kimi olmasını istəyir”, - deyə Levon Köçəryan keçirdiyi brifinqdə bildirib.
Levon Köçəryan atasına qarşı açılmış cinayət işinin siyasi motivli olduğunu qeyd edib. Onun sözlərinə görə, müxalifət liderlərinin həbsləri təsadüf deyil. Hakimiyyət, ehtimal ki, Azərbaycana qarşı qarşıdan gələn güzəştlər və ya konstitusiya dəyişiklikləri fonunda müxalifəti zəiflətməyə çalışır.
Köçəryan qeyd edib ki, əmlak müsadirəsi prosesi siyasi rəqiblərə qarşı bir dayağa çevrilib.
Deputat ailənin heç bir qanunsuz hərəkət etmədiyini və hakimiyyətin biznesə qarşı davranışının təəccüb doğurduğunu və bunun ölkə büdcəsinə zərər vurduğunu deyib:
“Hesablar dondurulub biznes fəaliyyət göstərirsə, bu bir şeydir, müəssisələr möhürlənib fəaliyyət göstərmirsə və buna görə də vergi ödəmirsə, bu tamamilə başqa bir şeydir”, - deyə Levon Köçəryan qeyd edib.
Köçəryan İstintaq Komitəsinin şirkətlərin 9 milyard rubl gizlətdiyi iddia edilən məlumatlar yaymasını manipulyasiya adlandırıb.
Onun fikrincə, söhbət bu məbləği gizlətməkdən yox, həmin vəsaitdən xeyli az miqdarda vergilərin tutulmasından gedib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin