Köçəryan üsyan etdi: Paşinyan KQB nin taktikasına keçib

06.12.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın insanları küçələrə toplaşmağa vadar edəcək gücü yoxdur”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

O, baş nazirlə kilsə arasında davam edən gərginliyə münasibət bildirib:

“Paşinyan çağırışı ilə heç kim ayaqlanmaz. Onun belə bir imkanı yoxdur. Olsaydı, xüsusi təhlükəsizlik xidmətinin nümayəndələri vasitəsilə kilsəyə təzyiq göstərməyə çalışmazdı. Onun cəsarəti də çatmır. Vəziyyətin problemli olduğunu anladı və KQB-nin əvvəlki taktikası ilə getməyə başladı”.

Qeyd edək ki, Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu, bütün ermənilərin katolikosu II Qareginlə hökumət arasında gərginlik artıq. Hazırda müxalif partiyalar və müxtəlif qurumlar kilsəyə dəstək üçün birləşir və Paşinyan hökumətinə etiraz edirlər.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью