Köçəryan vahid müxalifət cəbəhsi yaratmağa çalışır

29.01.2026

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan yanvarın 29-da keçirdiyi mətbuat konfransında belə deyib.
“Daxili siyasi müstəvidə unikal vəziyyət yaranıb. Mən Ermənistanın tarixində heç bir seçki kampaniyasında “Ararat və ya Araqats” mövzusunda müzakirələrin aparıldığını xatırlamıram. Heç vaxt milli kimliyin və kilsənin qorunmasından söhbət getməyib”, - Köçəryan söyləyib.
Onun sözlərinə görə, fundamental məsələlərdə müxtəlif qütblərdə olan müxalifət nümayəndələri də oxşar ritorikadan istifadə edirlər.
- Bu o deməkdir ki, müxalifətin əməkdaşlığı və mövqelərin sinxronlaşdırılması üçün əhəmiyyətli imkanlar var. Bu, müstəsna bir vəziyyətdir. Bu vəziyyət nikbinliyə ruhlandırır - böyük seçki bloku yaratmaq mümkündür, çünki onların fundamental məsələlərə yanaşmaları oxşardır”, - Ermənistanın ikinci prezidenti vurğulayıb.
Köçəryan əvvəllər mübarizənin siyasi xadimlər, platformalar arasında getdiyini iddia edib. Onda bəziləri daha liberal, bəziləri isə sosialist fikirləri dəstəkləyirdi.
“Ancaq heç vaxt kilsə haqqında danışdığımızı və ya onun birliyinin qorunması məsələsini müzakirə etdiyimizi xatırlamıram”, - hökumətə müxalif cəbhədə yer alan siyasətçi bildirib.
Xatırladaq ki, Ermənistan parlamentinə seçkilər 2026-cı ilin iyununda keçiriləcək.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью