Köçəryan və Sərkisyan Qarabağ barədə bunları gizlədir Sukiasyan | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan münaqişə dövründə Qarabağla əlaqədar aparılan danışıqlara dair bəzi sənədləri gizlədirlər”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədr müavini Hayk Sukiasyan deyib.
“Danışıqlar prosesi Köçəryanla başlamır, ondan əvvəl 200 yaşlı prezident (Ter-Petrosyan) var idi.
O dövrlərdə aparılan danışıqlara dair sənədlər haradadır, niyə onları dərc etmirlər?
Robert Köçəryan və Serj Sərkisyan Levon Ter-Petrosyanın şagirdləridir.
Ermənistan məhkəməsi Köçəryanı mühakimə etməlidir ki, Ermənistanın suveren ərazilərini hərrac və bazara çıxarmağa nə haqqın var idi?”, - siyasətçi bildirib.
Sukiasyan qeyd edib ki, Ter-Petrosyan, Köçəryan və Sərkisyanın zamanına aparılan danışıqlarda Ermənistan liderləri Qarabağı Azərbaycanın bir hissəsi olduğunu qəbul ediblər.
Tam oxu
Xəbəri oxu