Köçəryana ölkəni tərk etmək qadağan olunub

15.06.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın Ofisi onun ölkədən çıxışına qadağa qoyulduğunu təsdiqləyib.

"Report"un "İnterfaks"a istinadən məlumatına görə, bu barədə keçmiş prezidentin Ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

Onun sözlərinə görə, "Zvartnots" hava limanında Köçəryana heç bir izahat verilmədən onun Ermənistanı tərk etməsinə qadağa qoyulub.

Keçmiş prezidentin ofisi daha əvvəl onun üç günlük xaricə səfər etmək planlarını açıqlayıb. Səfər şəxsi xarakter daşıyırdı və əvvəlcədən planlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью