Köçəryandan ŞOK Rusiya xəbərdarlığı KONKRET

13.05.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Erməni revanşistlərinin rəhbəri Robert Köçəryan erməni cəmiyyətini növbəti dəfə Moskva ilə qorxudaraq sensasiyalı bəyanatla çıxış edib. O, Nikol Paşinyanın 2026-cı ildə yenidən seçiləcəyi təqdirdə ölkəni “Qərbi Azərbaycan” ssenarisinin gözlədiyini iddia edib.

KONKRET.az xəbər verir ki, Köçəryan öz elektoratını səfərbər etmək üçün köhnə üsullardan – Azərbaycanla bağlı spekulyasiyalardan və hazırkı baş nazirin hakimiyyətdə qalmasının mümkün fəsadlarından istifadə edir.

Çıxışında Rusiyanı da unutmayan Köçəryan, Moskvanın İrəvanın bəyanatlarına verəcəyi reaksiyaya toxunub və ermənilərə tanınmış rusiyalı xadimlərin çıxışlarını izləməyi tövsiyə edib: “Mən prosesləri izləyirəm və başa düşürəm ki, bu, yaxşı heç nəyə aparmır. Mümkün nəticə elə ola bilər ki, hamıya azlıq edər”, – deyə o bildirib.

Köçəryan həmçinin iddia edib ki, yaranacaq nəticələrin bədəlini Paşinyan yox, məhz xalq ödəməli olacaq. Onun sözlərinə görə, hazırkı baş nazir “başqalarının ağlamasına” öyrəşib və bütün bunları “sevgiylə” etdiyini deməklə məsuliyyətdən qaçır. Revanşist liderin bu bəyanatları Ermənistandakı daxili siyasi gərginliyi və 2026-cı il seçkiləri öncəsi Rusiyayönümlü qüvvələrin fəallaşmasını nümayiş etdirir.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью