Köçəryandan sonra Sərkisyandan da xəbər var KONKRET

25.08.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan Antikorrupsiya Komitəsinə aparılıb. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Sərkisyan binaya daxil olarkən jurnalistlərin onun hansı iş üzrə çağırıldığı barədə suallarına cavabında bildirib ki, hələlik məsələdən xəbərsizdir.

Bu hadisə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və onun oğlu Sedrak Köçəryanın Antikorrupsiya Komitəsindəki istintaq tədbirləri çərçivəsində saxlanılmasından sonra baş verib.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Serj Sarkisyan da daxil olmaqla daha 9 nəfər barəsində Köçəryan işi çərçivəsində ictimai cinayət təqibi başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью