Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçirdiyi son ürək əməliyyatından sonra kardioloqun daimi nəzarəti altındadır.
Bakıvaxtı.az "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Tatevik Soqoyan jurnalistlərə açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, Köçəryanın səhhəti normaldır. Lakin keçmiş prezident sağlamlıq vəziyyəti barədə danışmağa üstünlük vermir.
Soqoyan qeyd edib ki, avqustun sonunda həbs edilən Köçəryan təkadamlıq kamerada saxlanılır və digər məhbuslarla ünsiyyət imkanından məhrumdur.
Qeyd edək ki, Robert Köçəryana qanunsuz əmlak əldə etmə ittihamı irəli sürülüb. İstintaqın məlumatına görə, o, prezidentliyi dövründə vəzifəsindən sui-istifadə edərək digər şəxslərlə əlbir olub, bir sıra dövlət və iqtisadi əhəmiyyətli əmlakı bazar dəyərindən aşağı qiymətə əldə edib.
Murad İsmayıl