Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın keçmiş prezidenti, hazırda həbsdə olan Robert Köçəryan məhkəmənin qərarı ilə təkadamlıq kamerada saxlanılır.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Köçəryanın vəkili Tatevik Soqoyan açıqlama verib.
“Prezident Köçəryan hazırda tək kameradadır və həbs olunanlardan heç birini görə bilmir”, - deyə vəkil bildirib.
Qeyd edək ki, avqustun 27-də İrəvan şəhər məhkəməsi Köçəryanı iki ay müddətinə həbs cəzasına məhkum edib.
Köçəryanın digər vəkili Hovannes Xudoyan isə Köçəryanın müdafiəsi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin