Köçəryanın evindən başqa adam tapıldı

07.06.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qeydiyyat məlumatlarına görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın iqamətgah ünvanında əlavə bir nəfər var.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "News.5tv.am" ilə söhbətində  eks-prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

Onun sözlərinə görə, səhər tezdən ofisə tanımadıqları insanların yaşayış yerində qeydiyyatda olduğunu aşkar edən vətəndaşlardan məlumatlar daxil olur. 

Maraqlıdır ki, ofisindən Robert Köçəryanı keçmiş prezident deyil, prezident kimi təqdim ediblər.

"Əlbəttə ki, Prezident Köçəryanın ailəsində Knarik Petrosyan adlı şəxs yoxdur və belə bir şəxs bu ünvanda qeydiyyata alına bilməzdi. Bildiyimiz kimi, həmin ünvanda qeydiyyata alınmaq üçün mülk sahibinin razılığı tələb olunur. Bu, əlavə şəxslərin müxtəlif ünvanlarda qeydiyyata alınmasının pis təcrübəsinin daha bir sübutudur. İş o yerə çatdı ki, hətta prezidentin iqamətgahının ünvanında da əlavə bir şəxs qeydiyyata alınıb", - deyə Mikoyan bildirib.

Müşfiq Abdulla
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью