Köçəryanın evinə basqın edildi

25.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə basqın edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Mesrop Manukyan açıqlayıb. 

Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən "Köçəryan klanı"na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью