Köçəryanın oğlu haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

26.08.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev məlumat verib.

"Cənab Köçəryanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.

Məlumata görə, Ermənistan Baş Prokurorluğu Köçəryana qarşı üç cinayət ittihamı irəli sürüb.

Qeyd edək ki, bir müddət əvvəl sabiq liderin ofisi onun saxlanılmasını təsdiqləyib və Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью