Icma.az, Axar.az portalına istinadən məlumat yayır. ABŞ Dövlət Departamentinin sənədlərinin dərc edilməsi həm Azərbaycan, həm də Ermənistan
Təəssüf ki, əvvəllər Robert Köçəryanın kitabı ilə bağlı olduğu kimi, indi də bizim müəlliflərin düşüncələri öz mövqeyimizə deyil, sızdırılan
Axar.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.
Sabiq nazir hadisələrin iştirakçısı kimi bəzi detalları diqqətə çatırıb: “Müzakirələrin əsas mövzusu “ərazilərin dəyişdirilməsi” anlayışı ətrafında müxtəlif interpretasiyalarda cərəyan edir.
Həmin hadisələrin iştirakçısı kimi bildirmək istəyirəm ki, “ərazi mübadiləsi” mövzusu Azərbaycan tərəfindən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə olunub.
Bu formata isə R.Köçəryan 1998-ci ilin aprelində razılıq verib.
Məhz bundan sonra münaqişə tam reallığa uyğun təsnifata malik oldu – dövlətlərarası ərazi münaqişəsi kimi qəbul edildi.
Bu müzakirələr və aparılan danışıqlar nəticəsində vasitəçilər və Ermənistan tərəfindən zorla gündəmə gətirilən “Dağlıq Qarabağın statusu” və erməni separatizmi kimi mövzular əsas problemlər siyahısından çıxarıldı.