Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq

05.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra arvadının yaşayış yeri üzrə qeydiyyata düşmüş kişilərə də “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

Axşam.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qərar imzalayıb.

Qeyd edək ki, indiyə kimi təkcə məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью