Köçürülən ürək “cavanlaşa” bilər

28.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Alimlər müəyyən ediblər ki, transplantasiya edilən ürəyin bioloji yaşı onun donorunun deyil, yeni sahibinin yaşı ilə daha çox uyğunlaşa bilər.

Harvard Universiteti və Brigham and Women’s Hospital-dan olan tədqiqatçıların apardığı araşdırmada həm siçanlar, həm də insanlarda ürək transplantasiyasından sonra orqanın bioloji yaşında dəyişikliklər müşahidə olunub.

Tədqiqat zamanı alimlər ürək toxumasında yaşlanma ilə əlaqəli DNT metilasiyasını və gen ifadəsini araşdırıblar. Nəticələr göstərib ki, yaşlı orqan gənc orqanizmə köçürüldükdə müəyyən mənada “cavanlaşa”, gənc ürək isə yaşlı orqanizmə yerləşdirildikdə daha sürətli qocalma əlamətləri göstərə bilər. İnsanlar üzərində aparılan 11 transplantasiya nümunəsində də oxşar nəticələr əldə edilib.

Alimlərin fikrincə, bu nəticələr orqanların bioloji yaşının yalnız donorun xronoloji yaşı ilə müəyyənləşmədiyini göstərir və gələcəkdə transplantasiya üçün uyğun donorların dairəsinin genişləndirilməsinə imkan yarada bilər. Bununla belə, araşdırma hələ ilkin mərhələdədir və nəticələr müstəqil elmi ekspertizadan keçməyib.

Hazırladı: 
Səadət Rzayeva
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью