“KOD”U AÇDI: “Paşinyanı Bakıda görəcəyik”

28.08.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çox güman ki, bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyanı da Bakıda görəcəyik".

Politoloq Zərdüşt Əlizadə bunu Bakıvaxtı.az-a danışarkən bildirib.

“Ermənistanla Azərbaycan arasında müharibə, münaqişə bitib. Ölüm-itim təlhükəsi yoxdur, yaxınlaşma prosesi gedir. İndi artıq rabitə, kommunikasiya da başlayıb. Əvvəl ekspertlərimiz Ermənistana gedib-gəldilər, sonra siyasi xadimlər, dövlət xadimlərimiz səfər etdilər. Çox güman ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanı da Bakıda görəcəyik.Hesab edirəm ki, Türkiyə də Ermənistanla sərhədlərin tam açılmasına icazə verməlidir, çünki bu addım Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmaya daha yaxşı təsir göstərər. Bu mənada ki, Türkiyə amili Ermənistan üçün çox mühümdür”, -deyə o qeyd edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью