Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kofeinsiz qəhvənin yaddaşa müsbət təsir göstərdiyi müəyyənləşib.
Axşam.az xəbər verir ki, irlandiyalı alimləri tərəfindən aparılan araşdırmada kofeinsiz qəhvə içən iştirakçıların yaddaş testlərində nəticələri yaxşılaşıb.
Tədqiqatda 31 nəfər iştirak edib. İştirakçılar üç həftə ərzində gündə dörd porsiya adi və kofeinsiz qəhvə qəbul ediblər. Nəticədə kofeinsiz qəhvə içənlər sözləri və obyektlərin yerini yadda saxlamaqla bağlı testlərdə daha az səhvə yol veriblər.
Alimlər bu təsirin qəhvənin tərkibindəki polifenollar və onların bağırsaq mikrobiomuna təsiri ilə əlaqəli ola biləcəyini düşünürlər.