Kofeni necə seçmək lazımdır? | Icma.az
Lent az saytına istinadən Icma.az xəbər verir. Populyarlığına görə qəhvə uzun illərdir rekordlar qırır.
Bir çox qəhvə sevərlərin evində cəzvə, geyzer tipli qəhvəbişirən və ya qəhvə aparatı var.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən vacib məsələ bu avadanlıqlarda istifadə olunacaq qəhvəni düzgün seçməkdir.
Qəhvənin qovrulma dərəcəsi və üyüdülməsi Qutunun üzərində qəhvənin qovrulma dərəcəsi göstərilir: açıq, orta və ya tünd.
Bəzən istehsalçılar bunu 1-dən 5-ə qədər bal sistemi ilə qeyd edirlər. Açıq qovurma – meyvəli dad, nəzərə çarpan turşluq.
Orta qovurma – şirinlik və turşluğun balansı. Tünd qovurma – acılıq, qara şokolad və karamell notları, minimal turşluq.
Açıq və orta qovurma filtrlər üçün, orta və tünd isə espresso və südlü içkilər üçün uyğundur. Qutuda qovurma tarixi də olmalıdır.
Bu əsas təzəlik göstəricisidir. Evə ən yaxşısı 7–21 gün əvvəl qovrulmuş qəhvə almaqdır. Zəngin dad və ətir 4–5 həftə saxlanır.
Tam oxu
Xəbəri oxu