Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər il Bakıya sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə yeni avtobuslar gətirilsə də, paytaxtda hələ də köhnə nəqliyyat vasitələri xidmət göstərir.
Sakinlər köhnə avtobusların texniki problemləri və komfortsuz olması ilə bağlı narazılıqlarını tez-tez bildirirlər.
Xüsusilə yay aylarında havalandırma sisteminin işləməməsi və qışda istilik probleminin olması sərnişinlərin rahatlığına mənfi təsir göstərir.
Bəs görəsən Bakının yeni avtobuslara tam keçidi nə vaxt baş tutacaq?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, bu il şirkətlər tərəfindən 100-dən çox yeni avtobusun gətirilməsi planlaşdırılır: Qeyd olunub ki, Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində AYNA tərəfindən mütəmadi olaraq işlər həyata keçirilir.
Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 elektrikli avtobus paytaxtın müxtəlif marşrutlarında uğurla istifadə edilir.