Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Avtomobillərin ətraf mühitə zərərli təsiri hər kəsə məlumdur.
Nəqliyyat vasitəsi köhnəldikcə onun doğurduğu təhlükə daha da artır.
İnkişaf etmiş ölkələr problemi kasıb ölkələrin hesabına həll etməyə çalışır: köhnə avtomobillər dəyər-dəyməzinə digər ölkələrə satılır.
Bu gün ABŞ-da hərraclarda 300 dollara da maşın tapmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, inkişaf etmiş ölkələrin köhnə maşınları digər ölkələrə ötürməsinin yaratdığı fəsadlar hətta BMT sənədlərində də əks olunub.
Məsələ 2021-ci ildə COP26-nın (Polşa) gündəliyinə salınsa da ciddi irəliləyiş olmayıb.
Mexanizm də çox sadədir: ABŞ, Avropa, Yaponiya və ya Koreyada 5 il və daha çox istismar edilmiş maşınlar ucuz qiymətə kasıb ölkələrə satılır.
Yük texnikası, avtobus və qatarların isə ümumiyyətlə “hədiyyə edilir”. Əsl faciə də bundan sonra başlayır.