Köhnə binalar yeniləşdirilir

15.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

Hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 3 uşaq bağçasının isə (352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası, Etibar Ömərov adına uşaq bağçası) əsaslı təmiri davam edir. Ehtiyac olan 210 təhsil müəssisəsində isə cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Xatırladaq ki ötən tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (59, 151, 324 və 313 nömrəli) və 2 uşaq bağçasında (101 və 351 nömrəli) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçası) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью