Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində yanğın baş verib.
Axar.az-ın əldə etdiyi məlumata görə, hadisə General Əliağa Şıxlinski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.