Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı

23.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avtovaz köhnə modellər üçün karbüratorlu mühərriklərin satışına başlayıb.

Avtosfer.az xəbər verir ki, keçən il istehsal edilmiş mühərriklərin konveyerdə tətbiqi nəzərdə tutulmur. Onlar yalnız istismarda olan modellərin mühərriklərini əvəzləmək üçündür.

VAZ-2103 mühərriki (klassik, arxa intiqallı “Jiquli”lər üçün) 100 min rubl (2000 AZN), VAZ-2108 (qabaq intiqallı avtomobillər – 2108 seriyası) isə 150 min rubla (2500 AZN) təklif edilir. 

Hazırda VAZ-ın istehsaldan çıxarılmış modellər üçün ehtiyat hissə problemi yoxdur. Rusiya, Belarus, Ukrayna və Çində bu detallar istehsal edilir. Keçmiş SSRİ məkanında “Jiquli” üçün işlənmiş mühərrik almaq mümkün olsa da, çox adam təmirə üstünlük verir. Təzə mühərrikin qiyməti avtomobilin bazar qiyməti ilə müqayisədə bir qədər yüksək olsa da, daha etibarlıdır. 

Yeni mühərrik kolleksiyaçılar üçün də maraq doğurub.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью