Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Son illər mənzil alarkən bəzi vətəndaşlar yeni tikililər əvəzinə köhnə tikililərə üstünlük verir, daha sonra isə həmin mənzilləri təmir etdirirlər.
Köhnə mənzillərin qiymətinin nisbətən münasib olması alıcılar üçün əsas seçim səbəblərindən biri hesab olunur. Lakin təmir xərcləri dənəzərəalındıqda, bu seçimin nədərəcədə sərfəli olduğu sual doğurur.
Maraqlıdır, köhnə mənzili təmir etmək daha sərfəlidir, yoxsa həmin vəsaiti yeni mənzil almağa yönəltmək?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarəHeyətinin sədri Vüqar Oruc bildirib ki, yeni tikililərdə mənzillərin qiymətinin artması vətəndaşların köhnə mənzillərəüz tutmasının əsas səbəblərindəndir:
"İlk növbədə, insanların niyə köhnə tikililərdəmənzil almağa üstünlük verdiyinə nəzər salmaq lazımdır. Yeni tikililərdəmənzillərin qiymətləri həddindən artıq artıb və bir çox vətəndaşın büdcəsi belə mənzilləri almağa kifayət etmir. Buna görədəinsanlar köhnətikililərdə mənzil almağa üstünlük verirlər. Bu da öz növbəsində köhnə binalardakı mənzillərin qiymətlərinin artmasına səbəb olur. Məsələn, son açıqlanan göstəricilərəəsasən, köhnə tikililərdəmənzillərin qiymətində 10,6 faiz artım qeydə alınıb. Nə qədər ki, yeni tikililərdəki mənzillər bütün vətəndaşlar üçün əlçatan deyil, köhnə tikililərətələbat və bu mənzillərin qiymətlərində artım davam edəcək.
Köhnə mənzillərin təmir xərcləri yeni mənzillərləmüqayisədə daha yüksək ola bilər. Buna görə dəköhnəmənzil alan vətəndaşlar, adətən, mənzili yaşayış üçün yararlı vəziyyətəgətirəcək kosmetik təmir işləri aparmağa üstünlük verirlər. Əksər hallarda əsaslı və köklü təmirəehtiyac yaranır ki, bu da əlavə xərc deməkdir. Bu baxımdan seçim konkret şəxsin maliyyə imkanlarından asılıdır. Əgər vətəndaşın büdcəsi məhduddursa, köhnəmənzil alıb təmir etdirmək onun üçün daha sərfəli ola bilər. Lakin maliyyə imkanları kifayət edirsə, yeni mənzil almaq daha məqsədəuyğundur”.
V.Oruc hesab edir ki, köhnə mənzilə yatırımın sərfəli olması onun hansı məqsədləalınmasından vəyerləşdiyi ərazidən dəasılıdır:
"Əgər vətəndaşköhnəmənzili investisiya məqsədiləalırsa vəonu kirayəyə verməyi və ya biznes məqsədləri üçün istifadə etməyi planlaşdırırsa, bu investisiya özünü doğrulda bilər. Çünki köhnəmənzillərin alışqiyməti nisbətən aşağı olur və kirayə bazarında belə mənzillərətələbat mövcuddur. Ancaq vətəndaş uzunmüddətli yaşayış üçün mənzil axtarırsa, köhnə tikililəri alarkən daha diqqətli olmalıdır. İstismar müddəti başa çatmış vəya qəzalı vəziyyətdəolan binalara böyük məbləğdə vəsait yatırmaq məqsədəuyğun deyil. Belə binaların gələcəkdəsökülməsi vəyenilənməsi ehtimalı da nəzərə alınmalıdır.
Digər tərəfdən,şəhər mərkəzində vəmərkəzəyaxın ərazilərdəyerləşən köhnəmənzillər investisiya baxımından cəlbedici ola bilər. Xüsusilə metroya yaxın ərazilərdəyerləşən mənzillər öz bazar dəyərini müəyyən qədər qoruyub saxlaya bilir. Həmin binaların gələcəkdəsökülməsi zamanı mənzillərin kompensasiya və ya satınalma şərtləri də investisiyanın nəticəsinə təsir göstərə bilər. Bununla yanaşı, mənzil almamışdan əvvəl onun real bazar dəyərini, texniki vəziyyətini və tələb olunan təmir xərclərini diqqətlə araşdırmaq lazımdır. Əgər mənzil bazar qiymətindən daha aşağı qiymətəalınırsa vəyalnız kosmetik təmir tələb edirsə, təmirdən sonra onun dəyərinin artması mümkündür”.
Fəridə Əsədzadə