Köhnə Nokia larda da ChatGPT dən istifadə REALLIĞA ÇEVRİLİR

29.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli proqramçı Emir Karşıyakalı 2007-ci ildə istehsal olunan Nokia 6300 telefonunda ChatGPT, Gemini və Claude süni intellekt çatbotlarından istifadə etməyə imkan verən Aikon tətbiqini hazırlayıb.
Bizim.Media xəbər verir ki, layihə barədə “Engadget” nəşri məlumat yayıb.
Tətbiq süni intellekt modellərini birbaşa telefonda işə salmır. Go proqramlaşdırma dilində hazırlanmış server istifadəçinin sorğularını seçilmiş süni intellekt xidmətinə ötürür və cavabları telefona göndərir.
Aikon tətbiqi şəkillərin təhlili və 30 saniyəyədək səsli mesajlar kimi funksiyaları da dəstəkləyir. Çatbotların cavablarını yaddaş kartında saxlamaq mümkündür.
Layihənin əsas məhdudiyyəti Nokia 6300-ün yalnız 2G şəbəkəsini dəstəkləməsidir. Bundan başqa, telefonun köhnəlmiş brauzeri müasir təhlükəsizlik protokolları ilə işləmədiyindən bəzi saytlara daxil olmaq mümkün deyil. Tətbiqdən istifadə üçün uyğun telefon, server və seçilmiş xidmətin API açarı tələb olunur.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью