Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təhlükəsizlik yeniləmələri almağı dayandıran köhnə smartfonlardan istifadə haker hücumları riskini artırır.
Redaktor.az xəbər verir ki, "BGR"nin məlumatına görə, hakerlər əsasən ən son əməliyyat sistemi ilə işləməyən köhnə telefon və kompüterləri hədəf alırlar.
Ekspertlərin sözlərinə görə, təhlükəsizlik yeniləmələri almayan cihazlarda yeni yaranan zəifliklər və viruslar daha böyük təhlükə yaradır. İstehsalçı tərəfindən artıq dəstəklənməyən smartfonları sındırmaq da daha asan olur.
Mütəxəssislər buna nümunə kimi 2024-cü ildə köhnə iOS versiyalarından istifadə edən "iPhone" sahiblərinə qarşı həyata keçirilən hücumları göstəriblər. Daha əvvəl isə “Stagefright” zəifliyi köhnə "Android" cihazlarının bir MMS mesajı vasitəsilə ələ keçirilməsinə imkan verib.
Smartfon istifadəçilərinə cihazların avtomatik yenilənməsi funksiyasını söndürməmək və telefonlarının istehsalçı tərəfindən nə vaxta qədər dəstəklənəcəyini əvvəlcədən öyrənmək tövsiyə olunur.
Aytəkin TOFİQQIZI