Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni smartfon alan istifadəçilərə köhnə telefonlarını dərhal kənara atmamaq tövsiyə edilib.
Redaktor.az xəbər verir ki, “How-To Geek” yeni cihaz aldıqdan sonra köhnə smartfondan da səmərəli istifadə etməyin mümkün olduğunu yazıb.
Portalın müəllifləri istifadəçilərə eyni anda iki smartfondan yararlanmağı məsləhət görüb. Onların sözlərinə görə, köhnə telefon müəyyən məqsədlər üçün ayrıca cihaz kimi istifadə edilə bilər.
Məsələn, köhnə smartfonu musiqi və ya video pleyerə çevirmək mümkündür. Bundan başqa, əsas telefonun itirilməsi və ya sıradan çıxması halında ikinci cihaz ehtiyat telefon kimi istifadə oluna bilər.
Mütəxəssislər köhnə smartfonun iş və ya təhsil məqsədilə istifadəsini də mümkün variant kimi göstəriblər. Əgər işəgötürən iş telefonu təqdim etmirsə, köhnə cihaz korporativ elektron poçtuna daxil olmaq, sənədlərlə işləmək və həmkarlarla əlaqə saxlamaq üçün istifadə edilə bilər.
Müəlliflər hesab edirlər ki, ikinci smartfonun saxlanılması həm rahatlıq, həm də gözlənilməz hallarda təhlükəsizlik baxımından faydalıdır.
Aytəkin TOFİQQIZI