Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO-nun üzv ölkələri tez-tez müttəfiqləri ilə birlikdə hərbi təlimlər keçirir, bu zaman müxtəlif qarşıdurma ssenariləri işlənir.
2015-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Fransa kimi müttəfiq ölkələrin iştirakı ilə keçirdiyi təlimlər zamanı gözlənilməz bir hadisə baş verib.
Qaynarinfo xəbər verir ki, "SlashGear" qəzeti ABŞ-ın 12-ci Hücum Gəmi Qrupu iştirak edən birgə təlimlər zamanı, o vaxt artıq köhnəlmiş kiçik bir Fransa atom sualtı qayığı "Saphir"in təxminən 4,5 milyard dollar dəyərindəki Amerikan Theodore Roosevelt (CVN-71) hücum gəmisini "batırması"ndan yazıb.
Bu hadisə ABŞ Hərbi Dəniz Qüvvələri üçün böyük əhəmiyyət kəsb edirdi.
Qeyd olunur ki, əvvəlcə "Saphir" dost qüvvələr tərkibində təlimlərə başlayıb, Amerikan təyyarələri ilə birlikdə düşmən sualtı qayıqlarının axtarışında kömək edib.
Təlimlərin ikinci mərhələsində Fransa sualtı qayığı əleyhdar qüvvələrə qoşulub.
"Saphir"in ikinci mərhələdəki vəzifəsi Amerikan hücum gəmisini və dəstək gəmilərini tapmaq olub.