Kojux: “Sabah” keyfiyyətli komandadır”

19.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İsrailin “Hapoel” (Beer Şeva) komandasının baş məşqçisi Ran Kojux Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az “One” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:

“Həm mən, həm də komandam üçün vacib oyundur. Matça tam hazırıq, rəqibi təhlil etmişik. “Sabah” keyfiyyətli komandadır. Standart vəziyətlərdə fərqlənməyi bacarır, topla yaxşı davranırlar. Ümumilikdə, onlar yaxşı təşkilatlanmış kollektivdirlər”.

“Hapoel” – “Sabah” oyununa saat 23:00-da start veriləcək. Komandalar arasındakı cavab görüşü avqustun 25-də Bakıda olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью