“Kök pişiyə oxşayırsan”… Aptek müdiri işçini niyə döyüb? TƏFƏRRÜAT | Icma.az
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub.
Tribunainfo.az lent.az-a istinadən xəbər verir ki, məlum hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.
Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişikə oxşatmasından sonra yaranıb.
Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb.
Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb. A.K hadisə ilə bağlı polisə şikayət edib.
Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.
Tam oxu
Xəbəri oxu