Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray"ın və Türkiyə millisinin keçmiş hücmçusu Ümit Karan həbsxanadan prokurorluğa ərizə ilə müraciət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, narkotik maddələrin qəbuli və yayıımında ittiham olunan Karan peşman olduğunu və istintaqla əməkdaşlıq etmək istədiyni bildiirib.
İstanbul Prokurorluğuna ərizəsində etirafedici ifadə verməyə hazır olduğunu deyən Ümit Karan buna şərait yaradılmasını xahiş edib. O, "peşmanlıq maddəsi"ndən də yaralanmaq niyyətini gizlətməyib.
Xatrladaq ki, Ümit Karanın qan və sidik nümunələrində kokain istifadəçisi olması üzə çıxıb. O, S.N adlı keçmiş sevgilisinin istintaqa ifadəsindən sonra hava limannında həbs edilib.
49 yaşlı Ümit Karanın 23 yaşlı keçmiş sevgilisi istintaqa deyib ki, ona kokaini Karan gətirib: "Karanla təxminən 7 ay əvvəl tanış olum. Mən heç vaxt Ümit Karana narkotik gətirməmişəm. Əksinə, o, narkotiki özü gətirib mənə qəbul etdirib. Mən bunun üçün heç bir ödəniş etməmişəm. Ümit Karanla baş verənlərə görə peşmanam. Onun məndən niyə istifadə etdiyini bilmirəm."
Yeri gəlmişkən, əvvəlcə ona qarşı irəli sürülən ittihamları rədd edən Ümit Karan ilk ifadəsində keçmişdə xaricdə bir dəfə narkotik istifadə etdiyini və heç vaxt heç kimə narkotik vermədiyini iddia edib.
Fərid ASLAN
MİA.AZ