Kökçü finalda penaltini qaçırdı, komandası kuboksuz qaldı

29.03.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiya HİK-i bu gün ölkə kubokunda final matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Helsinki təmsilçisi həlledici qarşılaşmada “İnter Turku” ilə üz-üzə gəlib.

Əsas vaxtı 4:4 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. HİK uduzaraq (7:8) kuboku əldən verib.

Meydana 64-cü dəqiqədə çıxan Ozan penaltilər seriyasında 11 metrlik zərbəni qaçıran yeganə futbolçu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью