Koke: Alvarezi rahat buraxın!

10.09.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atletiko Madrid”in kapitanı Koke komandanın argentinalı hücumçusu Xulian Alvarezin ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi futbolçunun üzərindəki media təzyiqinin azaldılmasını bildirib:

“Biz artıq bundan yorulmuşuq. Xuliánı rahat buraxmaq, ona həyatdan zövq almağa, öz işini görməyə və futbol oynamağa imkan vermək lazımdır. Hamımız onu bu mövzuda daha az narahat etməliyik. Çünki bu yay medianın səs-küyünə görə çox yorucu keçdi. Ümid edirik ki, onu rahat buraxacaqlar və öz işi ilə məşğul olmasına imkan verəcəklər”.

Qeyd edək ki, Xulián Alvarez “Atletiko”nun bu mövsüm Çempionlar Liqasındakı ilk oyununda “Liverpul”a qarşı (1:2) start heyətində meydana çıxıb. Argentinalı hücumçu matçda komandasının ilk qolunun məhsuldar ötürməsini verib.

“Tottenhem”ə ciddi itki: MUDRİK ZƏDƏLƏNDİ Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı “Fənər”də ayrılıq - RƏSMİ Tedesko 2 oyunluq cəzalandırılıb “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью